“İsa Qəmbər, Əli Kərimli həbs edilsə nə olacaq ki?”

“İsa Qəmbər, Əli Kərimli həbs edilsə nə olacaq ki?”
  04 Fevral 2014    Oxunub:1041
Rəsul Quliyevdən müxalifət daha bir zərbə
Milli Şuradan istefa verən sabiq ACP lideri Rəsul Quliyev müxalifət “lider”lərini tənqid edib.

AzVision.az-ın məlumatına görə, R.Quliyev AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin fəaliyyətindən narazılıq edərək onların lider kimi qəbul olunmadığını deyib.

“Əgər partiya seçkilərdə məğlub olursa partiya lideri istefa verir. Bizdə isə hər məğlubiyyətdən sonra müxalifət liderlərinin qürrəli danışmaqları bir qədərdə yüksəlir. Hərdən onlar real həyatdan xəbəri olmayan havalanmış təsiri bağışlayırlar. Bu yeni partiya liderlərinin qərb sivilizasiyasını hansı səviyyədə qəbul etdiyini söyləmək çətindir. İnsanlar adətən real idarəçilik səviyyəsinə çatanda özlərini göstərirlər.

Azərbaycanın ən böyük problemlərindən biri ümumiyyətlə liderin olmamasıdır. Azərbaycanın daxilində məsələn Kliçko, Yaçenyuk kimi liderlər yoxdur. Yəni lider olmaq üçün əvvəl çoxlu iş görməlidir. Fikirləşirlər ki, həbs ediləcəklər. Necə ki, Anar Məmmədli, İlqar Məmmədov həbs edildi,İsa Qəmbər və Əli Kərimli həbs edilsə nə olacaq ki?”.

AzVision.az


Teqlər:





Xəbər lenti