ASAN Xidmət və ASAN İmza Avropa Parlamentində təqdim olunacaq

ASAN Xidmət və ASAN İmza Avropa Parlamentində təqdim olunacaq
  04 Fevral 2014    Oxunub:1079
Azərbaycanın rəqəmsal mobil imzası olan “Asan İmza” Brüsseldə yerləşən Avropa parlamentində nümayiş olunacaq. Bundan başqa, qurumun rəhbəri İnam Kərimov ASAN Xidmətin prezentasiyasını həyata keçirəcək.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, “Asan İmza”nın fevralın 19-da baş tutacaq təqdimat mərasimində Avropa parlamentinin və biznes dairələrinin nümayəndələri, həmçinin nazir Fazil Məmmədov başda olmaqla Azərbaycan Vergilər Nazirliyinin nümayəndə heyəti iştirak edəcək.

Qeyd olunur ki, Vergilər Nazirliyinin mütəxəssisləri rəqəmsal imza vasitəsilə əməliyyatlarını icra edən proqram təminatının işinə nümayiş etdirəcəklər.

Mobil “Asan İmza” stolüstü, portativ kompüterlər və planşetlərdə istifadə etmək üçün nəzərdə tutulub. E-imzadan istifadə etmək üçün mobil telefonun abonent nömrəsindən istifadə olunur. Həmən nömrəyə Pin-kodun iki versiyası daxil edilir. Onlardan birincisi, autentifikasiyanın təsdiqi, ikincisi isə sənədin imzalanması üçün istifadə olunur. Əməliyyat başa çatdıqdan sonra abonentin mobil nömrəsinə əməliyyatın keçirilməsini təsdiq edən məlumat daxil olur.

Verilən informasiyaya görə, “Asan İmza” Avropa İttifaqının (Aİ) bütün direktivlərinə riayət etdiyi üçün Avropa ölkələri tərəfindən tanınması asanlaşacaq.

Xatırladaq ki, “Asan” sertifikasiya xidmətləri mərkəzi mobil SİM-kartlar (“Asan İmza”)üçün autentifikasiya və rəqəmsal imzalamaq üçün sertifikatlar təqdim edir. Bundan başqa dövlət strukturları, özəl sektor və vətəndaşların hüquqi baxımdan icbari olan rəqəmsal imzalardan, sertifikatlarsan istifadə etməsini təmin edən digər xidmətləri də təqdim edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti