Gülər Əhmədova Ali Məhkəməyə şikayət verdi

Gülər Əhmədova Ali Məhkəməyə şikayət verdi
  04 Fevral 2014    Oxunub:1413
Bu gün həbsdə olan sabiq deputat Gülər Əhmədovaya çıxarılan məkhəmə hökmündən Ali Məhkəməyə kasassiya şikayəti verilib.

Bu barədə sabiq deputatın vəkili Əfsər Talıbov AzVision.az-a açıqlamasında deyib.

Vəkil həmçinin bu gün G.Əhmədova ilə görüşdüyünü də bildirib: “ Bu gün Gülər xanımla görüşdüm. Vəziyyəti əvvəlki kimidir, səhhətində irəliləyiş yoxdur. Özünü yaxşı hiss etmir. Oğlu Toğrulla da hələ də görüşə bilməyib, icazə yoxdur”.

Vəkil həmçinin qeyd edib ki, bu gün kassasiya şikayətini Ali Məhkəməyə təqdim edib.

Qeyd edək ki, keçmiş deputat Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Eks-deputat hökmdən Apellyasiya Məhkəməsinə şikayət etsə də bu, təmin edilməyib.

Nihadə Eyyubova


Teqlər:  



Xəbər lenti