Litva Baş nazirinin müşaviri energetika nazirliyində

Litva Baş nazirinin müşaviri energetika nazirliyində
  05 Fevral 2014    Oxunub:1084
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolu var.
Energetika nazirinin müavini Gülməmməd Cavadov Litva Baş nazirinin müşaviri xanım İrina Urbonaviçutenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyinin mətbuat xidmətindən AzVision.az –a bildirilib ki, görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsinə böyük önəm verdiyi, respublikamızla Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğu vurğulanıb.

Görüşdə eləcədə Azərbaycan və Litva arasında qarşılıqlı sərmayə qoyuluşu üçün böyük imkanların olduğu diqqətə çatdırılıb, iki ölkə arasında indiyədək biznes forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyi qeyd edilib və iş adamları arasında mövcud əlaqələrin genişlənməsinin əlaqələrinin inkişafına müsbət töhfə verəcəyi bildirilib.

Litva Baş nazirinin müşaviri xanım İrina Urbonaviçuten ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu vurğulanıb. Xanım İrina Urbonaviçuten Litva iqtisadiyyatı barədə məlumat vermiş, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Qonaq iqtisadi münasibətlərin inkişafı istiqamətlərini vurğulayıb və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.


Teqlər:



Xəbər lenti