Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi
  05 Fevral 2014    Oxunub:1938
Ramil Usubov növbəti kadr dəyişikliyi edib. AzVision.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Təhmasib İbrahimov vəzifəsindən azad edilərək, Suraxanı rayonuna polis rəisi təyin edilib. Hazırda Beyləqan rayonunun polis rəisi vəzifəsinə isə hələlik təyinat yoxdur.

Xatırladaq ki, yanvarın 28-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Ramil Usubov Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırıb.


Teqlər:





Xəbər lenti