Ədliyyə Nazirliyində görüş

Ədliyyə Nazirliyində görüş
  05 Fevral 2014    Oxunub:1016
Ədliyyə Nazirliyində İtaliyanın Azərbaycandakı səfiri ilə görüş olub.
Fevralın 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az –a bildiriblər ki, görüşdə Azərbaycanın İtaliya ilə dostluq və səmərəli əməkdaşlığını qeyd edən nazir ikitərəfli münasibətlərin inkişafında ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulayaraq, 2005-ci ildə ədliyyə nazirlikləri arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun hüquqi əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verib, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu, təcrübə mübadiləsinin hər iki tərəf üçün faydasını qeyd edib.

Azərbaycanın İtaliya üçün vacib ölkə olduğunu bildirən səfir ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin böyük uğurla davam etdiyini vurğulamış, respublikamızın gündən-günə dinamik tərəqqisini təqdir edərək hüquqi sahədə əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləmiş, bunun üçün səylərini əsirgəməyəcəyini bildirib.

Qonaq nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olub.


Teqlər:





Xəbər lenti