Bu gün də qar yağacaq

Bu gün də qar yağacaq
  05 Fevral 2014    Oxunub:1101
Bu gün havanın dəyişkən buludlu və yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi yerlərdə az qar yağacağı, səhər tədricən kəsiləcəyi ehtimal olunur.

Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 4-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında az qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq.

Havanın temperaturunun gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 16-21, yüksək dağlıq ərazilərdə 20-25, gündüz
5-10 dərəcə şaxta olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti