Zakir Qaralov vətəndaşlarla görüşəcək

Zakir Qaralov vətəndaşlarla görüşəcək
  05 Fevral 2014    Oxunub:988
İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay
rayonlarında yaşayan vətəndaşların nəzərinə
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il fevralın 14-də, saat 11:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.





Teqlər:





Xəbər lenti