“Ermənistanın iddialarının heç bir əsası yoxdur” - Müdafiə Nazirliyi

   “Ermənistanın iddialarının heç bir əsası yoxdur” -    Müdafiə Nazirliyi
  31 Oktyabr 2020    Oxunub:2213
Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən bildirilib.

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti