“Oqtay Əsədovun İran səfərinin vaxtı bilinmir”

“Oqtay Əsədovun İran səfərinin vaxtı bilinmir”
  05 Fevral 2014    Oxunub:1105
İran mətbuatının yazdığına görə, Milli Məclis sədri Oqtay Əsədov fevralın 14-dən 19-dək Tehranda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqının iclasında iştirak edəcək. Qeyd edilib ki səfər çərçivəsində İran parlamentinin sədri Əli Laricani, o cümlədən iranlı millət vəkilləri və rəsmiləri ilə görüşəcək.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a açıqlamasında spikerin İran səfəri ilə bağlı onlarda bu barədə rəsmi məlumatın olmadığını bildirib:

“Bu barədə əlimizdə rəsmi məlumat yoxdur. Sizə dəqiq bir söz deyə bilmərəm. Sadəcə olaraq, belə bir səfər gözlənilir, bu səfərin nə vaxt, hansı günə təyin olunması haqda rəsmi məlumat olandan sonra məlumat verəcəyik”.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti