Yenə qar yağacaq, yollar buz bağlayacaq

Yenə qar yağacaq, yollar buz bağlayacaq
  05 Fevral 2014    Oxunub:977
Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə bəzi yerlərdə az qar yağacağı ehtimal olunur.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Rayonlarda da gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 3-8 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-19 dərəcə şaxta, 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

AzVision.az




Teqlər:  





Xəbər lenti