Ramiz Mehdiyev: “Prezident vacib tapşırıqlar verdi”

Ramiz Mehdiyev: “Prezident vacib tapşırıqlar verdi”
  05 Fevral 2014    Oxunub:1017
“Cənab Prezident çıxışında son beş ildə regionlarda görülmüş və 2018-ci ilə qədər həyata keçiriləcək böyük işlər haqqında olduqca mühüm fikirlər səsləndirdi, vacib tapşırıqlar verdi”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Facebook səhifəsində bildirib.

Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən konfransdan söz açan PA rəhbəri ölkə başçısının iclasda vacib tapşırıqlar verdiyini qeyd edib:

“Bu gün Heydər Əliyev Mərkəzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirildi. Heydər Əliyev Mərkəzində bu xarakterli konfransın keçirilməsi özlüyündə rəmzi xarakter daşıyır. Çünki mövzu ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu dövlətin bugünü və gələcək inkişafına həsr olunmuşdu. Cənab Prezident çıxışında son beş ildə regionlarda görülmüş və 2018-ci ilə qədər həyata keçiriləcək böyük işlər haqqında olduqca mühüm fikirlər səsləndirdi, vacib tapşırıqlar verdi. Bu barədə facebook səhifəmdə bəzi qeydlərimi bölüşəcəyəm”.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti