Anar Məmmədov İTV-də veriliş açdı - FOTOLAR

Anar Məmmədov İTV-də veriliş açdı - FOTOLAR
  06 Fevral 2014    Oxunub:4809
“Azərbaycanın televiziya məkanında ölkədə qolf idmanının populyarlaşdırılmasına yönəlmiş yeni layihə - “Qolf aləmi” verilişi yayımlanmağa başlayıb”.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti, iş adamı Anar Məmmədov facebook səhifəsində bildirib.

Qeyd edib ki, efirə gedən yeni verilişin məqsədi ölkəmizdə qolfun inkişafını təmin etmək, Azərbaycan Qolf Federasiyasının tədbirlərini ictimaiyyətin diqqətinə çatdırmaq və 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında azərbaycanlı qolfçulara dəstək olmaqdır.

“Verilişin çəkilişləri Bakıda yerləşən Qolf Akademiyasında aparılır. “Qolf aləmi” həftənin hər cümə günü saat 21:20-də, təkrarı isə cümə axşamı saat 13:35-də İTV telekanalında yayımlanır. Qolf idmanında da zirvələrə ucalaq!”.

Bundan əlavə Anar Məmmədova məşhur sənətçilərin, idmançı və deputatların Akademiyadakı fotolarını paylaşıb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti