SOCAR-dan işdən çıxarılanlara MÜRACİƏT

SOCAR-dan işdən çıxarılanlara MÜRACİƏT
  06 Fevral 2014    Oxunub:1062
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) işdən çıxarılan işçilərinə yenidən müraciət edib.
ARDNŞ-dan AzVision.az-a verilən məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayevin 17 yanvar tarixli əmrinə əlavə olunan “ARDNŞ-nin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram”a əsasən 2 istiqamət üzrə adekvat tədbirlər həyata keçirilir:

I istiqamət - sərbəstləşən işçilərin ixtisas və səriştələrinə uyğun vakant ştatlar olduqca şirkətin müəssisələrində yerləşdirilməsi. ARDNŞ-nin idarə və müəssisələrinə işə kənardan qəbul bu Proqrama uyğun olaraq aparılacaqdır.

II istiqamət - ixtisasları vakant ştatlara uyğun gəlməyən, amma ənənəvi neftçi ixtisasları olan sərbəstləşən işçilərin Proqrama qoşularaq ixtisas dəyişməsi üçün kurslara cəlb olunması.

Bu kateqoriyadan olan sərbəstləşən işçilər Proqram müddəti ərzində əmək haqlarının 50 %-ni almaqla öz ixtisaslarına yaxın ikinci peşə qazanaraq, Şirkətin, həmçinin neft sənayesinə daxil olan digər təşkilatların müəssisələrində çalışmaq imkanı əldə edəcəklər.

SOCAR-dan bildiriliblər ki, bu proqrama qoşulmaq üçün son tarix fevralın 17-dir.


Teqlər:  





Xəbər lenti