DİN bir gündə 33 nəfəri həbs etdi

DİN bir gündə 33 nəfəri həbs etdi
  06 Fevral 2014    Oxunub:867
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün respublika üzrə 67 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 33 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti