Sabah 23 dərəcə şaxta olacaq

Sabah 23 dərəcə şaxta olacaq
  06 Fevral 2014    Oxunub:942
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında temperaturun tədricən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında yarımadanın bəzi ərazilərində zəif qar yağacağı istisna olunmur.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında, əsasən Lənkəran-Astara bölgəsində az qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi, biometeoroloji amillərin normal sutkalıq gedişi, eyni zamanda oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.


Teqlər:  





Xəbər lenti