Olimpiada müddətində atəşkəs pozulmayacaq

Olimpiada müddətində atəşkəs pozulmayacaq
  06 Fevral 2014    Oxunub:807
Bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Soçi Qış Olimpiya Oyunları müddətində Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs rejiminin pozulmayacağını bildirib.

“Twitter” mikrobloqundakı rəsmi səhifəsində bu barədə yazan Uorlik həm Azərbaycan, həm də Ermənistan prezidentinin bununla bağlı üzərilərinə götürdükləri xüsusi öhdəliklərə riayat edəcəklərini təsdiqlədiyini qeyd edib.

Bundan öncə, o , prezidentlərin yüksək səviyyədə keçiriləcək növbəti görüşünün tarixinin hələ müəyyən olunmadığını bildirmişdi.

Xatırladaq ki, fevralın 3-dən 5-ə qədər regionda səfərdə olan Minsk qrupu həmsədrləri Bakıda və Yerevanda prezidentlərlə görüşlər keçirmişdilər.

AzVision.az


Teqlər:





Xəbər lenti