Nazirlikdən namaz qadağası ilə bağlı AÇIQLAMA

Nazirlikdən namaz qadağası ilə bağlı  AÇIQLAMA
  06 Fevral 2014    Oxunub:859
Müdafiə Nazirliyi hərbi hissələrdə namaz qılmağın qadağan edilməsi ilə bağlı ittihamlara aydınlıq gətirib.
AzVision.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir.

“İlk olaraq qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə ölkəmizdə din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır. Azərbaycan Respublikası çoxkonfessiyalı dövlət olduğu kimi, Silahlı Qüvvələrimizdə də müxtəlif dini əqidəyə malik vətəndaşlarımız hərbi ximət keçirlər. Bununla belə Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir”-nazirlikdən bildirilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti