Gənclər və İdman Nazirliyinin fəaliyyəti yoxlanıldı

Gənclər və İdman Nazirliyinin fəaliyyəti yoxlanıldı
  06 Fevral 2014    Oxunub:2943
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan AzVision.az-a verilən məlumata görə, iclasda Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsində (VÖEN 6400126081) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti, “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin (əsas və dövriyyə vəsaitlərinin) struktur bölməsi olan Horadiz aqroservis filialı tərəfindən istifadəsi, uçotu, lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalar, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin istifadəsi, Gənclər və İdman Nazirliyinə tikintisi başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq təsdiq edilmişdir. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi barədə qərar qəbul olunub.

Kollegiya iclasında, həmçinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, “Azərelektrikşəbəkətikinti” ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair audit proqramları təsdiq edilib.

Eyni zamanda, iclasda Hesablama Palatasının kollegiya qərarı ilə qəbul olunmuş audit proqramına əlavə və dəyişikliklər təsdiqlənib.

AzVision.az


Teqlər:  





Xəbər lenti