Prokurorluqdan Günay Məmmədovayla bağlı yeni AÇIQLAMA

Prokurorluqdan Günay Məmmədovayla bağlı yeni AÇIQLAMA
  06 Fevral 2014    Oxunub:1075
Baş Prokurorluq faciəvi şəkildə həyatını itirən metro bələdçisi Günay Məmmədova ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Qurumun mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, 30 avqust 2013-cü il tarixdə paytaxtın Suraxanı rayonu, H.Əliyev prospektində Təhmin Verdiyevin idarə etdiyi «BMV-X5» markalı «90-XV-780» qeydiyyat nişanlı avtomobilin piyada Günay Məmmədovanı vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə royon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılmış istintaq zamanı T.Verdiyevin hərəkətlərində cinayət tərkibi olmadığından 28 yanvar 2014-cü il tarixdə iş üzrə icraata xitam verilib.

Mərhumun tanışı Rabil Rzayevin hərəkətlərində həmin Məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinin tərkibinin olub-olmamasının yoxlanılması və sonuncunun hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.

Hazırda rayon prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti