İtaliya XİN Qarabağla bağlı açıqlama yaydı

 İtaliya XİN Qarabağla bağlı açıqlama yaydı
  11 Noyabr 2020    Oxunub:2214
“İtaliya Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanması ilə Dağlıq Qarabağda əldə olunan atəşkəsi məmnunluqla qarşılayır və buna tam əməl olunacağına ümid edir”.
Azvision.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirlinin (XİN) yaydığı açıqlamada deyilir.

Bildirilir ki, İtaliya tərəflərin bütün ərazidə sabitliyə və davamlı sülhə şərait yarada biləcəkləri ümidi ilə əldə etdikləri digər razılaşmaları da nəzərə alır.

“Bu xüsusda, İtaliya bölgə daxilində barışıq üçün zəruri şərt olan, hər bir icmanın ləyaqətinə və bölgənin mədəni və dini plüralizminə hörmət göstərməyin vacibliyini vurğulayır. İtaliya Minsk Qrupunun bir üzvü olaraq, münaqişənin davamlı həlli üçün vacib şərt olan atəşkəsin möhkəmləndirilməsi baxımından həmsədrlərə hər cür dəstəyi təmin edəcəkdir. İtaliya, həmçinin Avropa İttifaqı daxilində, Avropa və ölkəmiz üçün o cümlədən əhəmiyyətli bir bağlantı və enerji təchizatı mərkəzi olan bölgənin sabitləşməsinə və inkişafına öz töhfəsini verəcək”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: İtaliya   Qarabağ  





Xəbər lenti