Paşinyan etirazçılara qarşı təxribat hazırladı - VİDEO

Paşinyan etirazçılara qarşı təxribat hazırladı -  VİDEO
  12 Noyabr 2020    Oxunub:3271
Ermənistanda baş nazirin istefasını tələb edən vətəndaşların və siyasi qüvvələrin parlament qarşısında etirazları davam edir.
Azvision.az xəbər verir ki, bu gün etirazçıların toplaşdığı əraziyə naməlum şəxs tərəfindən partlayıcı olduğu iddia edilən maddə atılıb.



Hadisə ilə bağlı etirazçılara səslənən müxalif “ARF Daşnaksütyun” partiyasının təmsilçisi İşxan Sağatelyan təxribatlara reaksiya verməməyi tövsiyə edib. O, polislə vətəndaşlar arasında toqquşmalara səbəb olmaq üçün belə insidentin törədildiyini, ancaq təxribata getməyəcəklərini bildirib.

“Onsuz da çox sayda qurbanımız var. Biz ölkəni sarsıtmırıq. Bizim bir problemimiz var - Nikol Paşinyanı vəzifədən kənarlaşdırmaq. Bu hadisə Nikolun tərzidir. Hər zaman təxribatlar həyata keçirəcək. Polislə qarşıdurmaya ehtiyac yoxdur və bir daha deyirəm ki, bu, Nikolun təxribatıdır. O, ölkəmizdə yenidən qarşıdurmalara səbəb olur. Bir dəfə onu ağıllı olmağa və insanlardan intiqam almamağa çağırdım. Partlayıcı maddəni atan isə Nikolun növbəti təxribatçılarından biri idi. Mən sizi təxribatlara uymamağa çağırıram”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Daşnaksütyun   Paşinyan   Təxribat  





Xəbər lenti