Polşada azərbaycanlının ölüm səbəbi araşdırılır

 Polşada azərbaycanlının ölüm səbəbi araşdırılır
  13 Noyabr 2020    Oxunub:2511
Əldə olunan məlumata görə, 3 ilə yaxındır, Polşada təhsil alan və işləyən İsmayılov Müşviq Asif oğlu dünyasını dəyişib.
Bu barədə Azvision.az -a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd olunub ki, məlumat əldə edildikdən dərhal sonra Komitə baş verən hadisə ilə maraqlanıb və əlavə məlumatların əldə olunmasında Polşa Azərbaycanlıları Şurası yaxından iştirak edib.

Polşa polis orqanlarının ilkin istintaqın nəticələrinə əsasən verdiyi məlumata görə, soydaşımız intihar edib. Hazırda istintaq-əməliyyat qrupu faktı araşdırır və istintaq bitdikdən sonra ölüm hadisəsi barədə rəsmi məlumatın veriləcəyi gözlənilir. Komitə hadisəni nəzarətdə saxlayır.

Qeyd edək ki, M.İsmayılovun erməni millətçiləri tərəfindən qətlə yetirildiyi barədə məlumatlar yayılmışdı.

Azvision.az


Teqlər: Polşa   Azərbaycan  





Xəbər lenti