Bakıda şirkət binası yandı

Bakıda şirkət binası yandı
  07 Fevral 2014    Oxunub:1234
Şirkətin birmərtəbəli inzibati binasının yanar konstruksiyaları 60 kv.m sahədə yanıb
Bakıda şirkətlərdən birində yanğın baş verib.

AzVision.az-ın FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan "Azərtunel" MMC tikinti şirkətinin birmərtəbəli inzibati binasının yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Dərhal hadisə yerinə FHN yanğından mühafizə briqadaları cəlb olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti