Ərdoğan azərbaycanlı jurnalisti Türkiyədən qovdu - FOTO

Ərdoğan azərbaycanlı jurnalisti Türkiyədən qovdu - FOTO
  07 Fevral 2014    Oxunub:1044
Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan azərbaycanlı jurnalist “Todays Zaman” qəzetinin müxbiri Mahir Zeynalovun ölkədən çıxarılmasını tələb edib.
Buna səbəb isə Mahir Zeynalovun hökumət əleyhinə və xüsusən də ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar etməsi olub. O, özünün twitter səhifəsində Ərdoğanı Əl-Qaidə təşkilatını dəstəkləməkdə ittiham edib.

Daxili İşlər Nazirliyi də M.Zeynalovun ölkədən çıxarılmasını və nəticəsinin nazirliyə bildirilməsini istəyib.

Qeyd edək ki, 4 ilə yaxındır ki, Türkiyədə işləyən azərbaycanlı jurnalist 15 ay əvvəl türk vətəndaşı ilə ailə qurub və Türkiyədə yaşamaq üçün icazə alıb.

***

Bildirək ki, artıq Mahir Zeynalov polislərin nəzarəti ilə ölkədən deportasiya edilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti