Məhbus qardaşına telefon apararkən yaxalandı

Məhbus qardaşına telefon apararkən yaxalandı
  07 Fevral 2014    Oxunub:759
İstintaq təcridxanasına telefon keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, təsərrüfat briqadasında saxlanılan, Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Xalis Əliheydər oğlu Novruzovun bacısı Mahirə Əliheydər qızı Novruzovanın gətirdiyi əşyalara və üzərinə baxış keçirilən zaman əl çantasının içərisindən daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Fly” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti