Mücahidlər azərbaycanlı komandirin ölümünü təkzib etdi

Mücahidlər azərbaycanlı komandirin ölümünü təkzib etdi
  07 Fevral 2014    Oxunub:1264
“Çeçen Mücahid Seyfullah Şişanini Seyfullah Şuşani kimi qələbə verib”.
Ötən gün mətbuatda Suriyada Əsəd rejiminə qarşı döyüşən və azərbaycanlıların da daxil olduğu “Ceyş al Muhacirin əl ansar” ın (“Mühacirlər ordusu”) komandiri Seyfullah Şuşanınin öldürüldüyü xəbəri yayılıb. Bildirilib ki, Seyfullah Şuşanı azərbaycanlıdır və Suriyada döyüşən azərbaycanlılara komandirlik edir.

AzVision.az-ın məlumatına görə, mücahidlərə məxsus saytlar həmin xəbəri təkzib ediblər və bildiriblər ki, bu xəbər tamamilə yanlışdır:

“Ölkənin önəmli xəbər saytlarından olan anspress çeçen mücahidi azərbaycanlı kimi qələbə verib. Belə ki, dünən Hələb mərkəzi həbsxanası uğurunda gedən döyüşlərdə şəhid olan Çeçen Mücahid Seyfullah Şişanini Seyfullah Şuşani kimi qələbə verib. Bilindiyi kimi Şişan ərəbcədən Çeçenistan deməkdir, Seyfullahın adının sonunda Şişani sözü onun çeçen olmasına işarədir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti