Sabah hava isti olacaq

Sabah hava isti olacaq
  07 Fevral 2014    Oxunub:1175
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, fevralın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər yarımadanın bəzi yerlərində zəif duman, axşam havanın tutulacağı, gecəyə doğru bəzi ərazilərdə az yağıntılı olacağı ehtimalı var.

Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.

Rayonlarda fevralın 8-də gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında Lənkəran, Astara bölgəsində, axşam isə ayrı-ayrı yerlərdə az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.


Teqlər:



Xəbər lenti