Muzdla işləyənlərin sayı və maaşı açıqlandı - RƏSMİ

Muzdla işləyənlərin sayı və maaşı açıqlandı - RƏSMİ
  07 Fevral 2014    Oxunub:2321
Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə rəsmi məlumat yayıb. Komitədən AzVision.az-a daxil olan məlumata görə, 2014-cü il yanvarın 1-nə olan statistikaya görə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,1 min nəfər oub və onlardan 900,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 13,0 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2013-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 423,0 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti