İndoneziya qəzeti Lənkərandan yazıb

İndoneziya qəzeti Lənkərandan yazıb
  07 Fevral 2014    Oxunub:1149
İndoneziyanın “Medan” qəzetində “Azərbaycanın cənub rayonu Lənkəran inkişaf mərhələsində” adlı məqalə dərc olunub. Yazıda Azərbaycanın cənubunda, İran İslam Respublikası ilə sərhəd zonada yerləşən Lənkəran rayonunun qədim tarixə malik olduğu vurğulanır.
Şəhərin SSRİ dövründə cənub bölgəsinin digər rayonlarına nisbətən daha yaxşı inkişaf etdiyi və burada iri sənaye müəssisələrinin fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin digər rayon və şəhərləri kimi Lənkəranda da sürətli abadlıq-quruculuq işləri böyük vüsət aldı. Məqalədə hazırda Lənkəranın öz inkişaf mərhələsini yaşadığını, burda 1 Hava Limanı, 1 Dram Teatrı, 1 televiziya, 1 universitet, 2 Kollec, 1 futbol komandası və 80-dən çox orta məktəbin fəaliyyət göstərdiyi vurğulanıb. Həmçinin Lənkəranda gənclərin inkişafı üçün 2013-çü ildə gənclər mərkəzinin istifadəyə verildiyi qeyd edilir. İndoneziyanın “Medan” qəzetində dərc olunan məqalədə inzibati binası Lənkəranda yerləşən Cənub Regional Televiziyasının fəaliyyətindən də söz açılıb.

Bildirilib ki, CTV, burada yaşayan əhalinin məlumatlandırılması üçün, onların problemlərinin efirdə ictimaiyyətə çatdırılması üçün önəmli rol oynayır. Televiziyada bir-birindən fərqli 20-dən çox telelayihənin nümayiş olunduğu və televiziyanın yayımının Azərbaycanın cənub bölgəsindən əlavə ətraf rayonları da əhatə etdiyi bildirilib.
Qeyd edək ki, məqalənin müəllifi CTV-nin xəbər xətti proqramının əməkdaşı Eyyub Məmmədovdur.




Teqlər:





Xəbər lenti