İlham Əliyev Soçidə görüş keçirdi

İlham Əliyev Soçidə görüş keçirdi
  07 Fevral 2014    Oxunub:1080
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb. AzVision.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin son vaxtlarda inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında siyasi əlaqələrin yaxşılaşmasının müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə də əlverişli şərait yaratdığı bildirilib.

Daha sonra görüşdə kənd təsərrüfatı, ticarət, səhiyyə, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti