Bu gün yağış yağacaq

Bu gün yağış yağacaq
  08 Fevral 2014    Oxunub:943
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində zəif dumanlı olacağı gözlənilir. Axşam havanın tutulacağı, gecəyə doğru bəzi ərazilərdə az yağıntılı olacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə fevralın 08-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində, axşam isə ayrı-ayrı yerlərdə az yağıntılı olacağı, zəif qar yağacağı ehtimal olunur. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti