Amerikanı bir-birinə qatan Nulanddan AÇIQLAMA

Amerikanı bir-birinə qatan Nulanddan AÇIQLAMA
  08 Fevral 2014    Oxunub:992
ABŞ dövlət katibinin Avropa və Asiya üzrə müavini Viktoriya Nuland Avropa Birliyi (AB) haqqında səsləndirdiyi söyüşə görə üzr istəməyib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Nuland ABŞ-ın Kiyevdəki səfiri Cefri Pyatla telefon danışığını “şəxsi diplomatik söhbət” kimi qiymətləndirib.

“YouTube” sosial şəbəkəsində telefon danışığının səs yazısı yayılan Nuland açıqlamasında bunları deyib:

“Çox hünərli davranışdır. Səs yazısı çox təmiz idi”.
Nulanddan fərqli olaraq ABŞ dövlət katibinin sözcüsü Jan Psaki açıqlamasında qeyd edib ki, V.Nuland Avropa Birliyindən olan həmkarları ilə əlaqə saxlayıb və üzr istəyib.

Almaniya kansleri Angela Merkel də məsələyə münasibət bildirib. O. Nulandın AB-ni söyməyini qəbul olunmaz hal kimi qiymətləndirib.

Qeyd edək ki, adı çəkilən səs yazısını “YouTube” sosial şəbəkəsində Rusiyanın baş nazirinin müavini Dimitri Roqozinin köməkçisi Dimitri Loskutov olduğu bildirilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti