“TRT Haber” Ağdamdan reportaj yayımlayıb

   “TRT Haber” Ağdamdan reportaj yayımlayıb
  23 Noyabr 2020    Oxunub:2211
Türkiyənin “TRT Haber” televiziya kanalı Ermənistanın işğalından xilas edilən Ağdam rayonu ilə bağlı geniş reportaj hazırlayıb.
Azvision.az -ın məlumatına görə, talan edilən, qapı və pəncərələrinə, divarlarına qədər sökülüb aparılan evlərin dəhşətli mənzərəsini canlı yayımla tamaşaçılara çatdıran aparıcı real mənzərənin rayon mərkəzi də daxil olmaqla, bölgənin 27 il işğalda saxlanıldığını deyil, sanki əsrlər əvvəl dağıdılıb məhv edilməsi barədə acı təəssürat yaratdığını vurğulayıb.

Ağdamdakı dəhşətli mənzərə Ermənistanın vəhşiliyinə daha bir nümunədir. Ağdamda da eynilə Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda qarşılaşdığımız acınacaqlı vəziyyətin şahidi olduq.

Diqqətə çatdırılıb ki, artıq Ağdam Cümə məscidi işıqlandırılıb, hərbi birliklər rayonun minalardan təmizlənməsini davam etdirir.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarını düşməndən azad etmək üçün Silahlı Qüvvələrimizin rəşadətli Qələbəsi ilə nəticələnən möhtəşəm zəfər və təcavüzkar Ermənistanın təslim olması Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən ən əsas mövzu kimi diqqət mərkəzində saxlanılmaqdadır.

Azvision.az


Teqlər: Ağdam   Türkiyə  





Xəbər lenti