ATƏT Ermənistandan narazıdır

ATƏT Ermənistandan narazıdır
  08 Fevral 2014    Oxunub:925
ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlik Olimpiada zamanı Ermənistan və Azərbaycan arasında razılaşdırılmış barışıq dövründə azərbaycanlı əsgərin həlak olması ilə bağlı narahatlığını qeyd edib.

AzVision.az-ın məlumatına görə, amerikalı həmsədr "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində bu barədə yazıb

O, bildirib ki, KİV-də qoşunların təmas xəttində azərbaycanlı əsgərin ölümü ilə bağlı məlumat var. Olimpiya barışığı ilə nə baş verir?"

Qeyd edək ki, fevralın 6-da döyüş tapşırığını yerinə yetirərkən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Quliyev Eşqin Firəddin oğlu şəhid olub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti