Hərbiçilərimiz beynəlxalq təlimlərə gedir

Hərbiçilərimiz beynəlxalq təlimlərə gedir
  08 Fevral 2014    Oxunub:1114
AzVision.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq Planına əsasən fevralın 10-dan 12-dək İslamabad şəhərində (Pakistan) Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun 5-ci görüşü və Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 10-dan 21-dək Vışkov şəhərində (Çex Respublikası) Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirliməsi üzrə təlim kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti