Suriyada döyüşən azərbaycanlılara ÇAĞIRIŞ

Suriyada döyüşən azərbaycanlılara ÇAĞIRIŞ
  08 Fevral 2014    Oxunub:1314
“Onlar dərhal Azərbaycan səfirliklərinə müraciət etməlidirlər”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Suriyada döyüşən azərbaycanlılara çağırış edib.

AzVision.az-a açıqlamasında deputat Suriyaya gedən Azərbaycan vətəndaşlarını geri qayıtmağa səsləyərək, onları səfirliklərə müraciət etmələrini tələb edib.

“Mən istərdim ki, bu insanlara çağırış edək. Əgər onlar aldadılaraq başqa ölkələrə gediblərsə, artıq bu cinayətləri törətməyiblərsə, onlar dərhal Azərbaycan səfirliklərinə müraciət etsinlər və aldadılaraq buradaya gəldiklərini söyləsinlər. Bunu etiraf edib, geri qayıtmaq üçün kömək istəsinlər”.

Deputat hesab edir ki, Suriyaya gedən soydaşlarımızı yönəldən qruplar, öz fəaliyyət dəstələri və təşkilatlar aşkar edilməlidir:

“Əgər doğurdanda kimsə orada dəstələrdə olub, kimisə girov götürüb, öldürüblərsə bu artıq məsuliyyət yaradır. Bu baxımdan, yəni ora gedən hər bir fərdin hərəkətinə ayrıca yanaşılma nümayiş olunmalıdır və araşdırıldıqdan sonra hüquq-mühafizə orqanları öz sözünü deyə bilər. Amma biz maksimum çalışmalıyıq ki, soydaşlarımız nə qədər ki, tamamilə səhv yolda deyillərsə, geri dönsünlər. Çünki onların bəzilərinin ailələri, uşaqlar da əziyyət çəkirlər. Hətta bir çoxları ailələri ilə birgə gediblər. Onlar geri qaytarılmasına biz çalışmalıyıq. Eyni zamanda burada onları yönəldən qruplar , öz fəaliyyət dəstələri və təşkilatlar aşkar olunub”.

Milli Məclis üzvü bildirib ki, Suriyada terrora dəstək verən azərbaycanlılar ölkəyə qayıdarlarsa onlar barəsində cinayət işi açılacaq.

Deputatın sözlərinə görə, məsələyə hüquqi tərəfdən yanaşsaq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, sülh və insanlıq naminə terrorçuluğun maliyyələşdirilməsi, girov götürülməsi və s. kimi cinayətlərə görə, hətta Azərbaycanda deyil, başqa məkanlarda da bu cinayətlərin törədilməsinin iştirakçısı olan şəxs Azərbaycan qanunları ilə cinayət məsuliyyətinə cəlb olunurlar.
Bunu sübut etmək üçün onların əllərinə silah alıb atəş açıb-açmadıqları və hərbi birləşmədə olmaları bilinməlidir.

“Onlar barəsində cinayət işinin başlanması üçün Cinayət Prosessual Məcəlləsinin 209-cu maddəsi var. Həmin maddə əsas verir ki, onların fotogörüntüsü, əllərində silah və s. informasiyalarala cinayət işi başladıla bilər. Amma mən belə hesab edirəm ki, bu təkcə hüquqi qaydalarla, yəni sərt qaydalarla deyil, həm də maariflənmə işlərinin həyata keçirilməsi ilə bu məsələni həllinə çalışmaq lazımdır”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti