Deputatlarımız AvroNest-in iclasına gedirlər

Deputatlarımız AvroNest-in iclasına gedirlər
  08 Fevral 2014    Oxunub:1187
Milli Məclisin deputatları Ceyhun Osmanlı, Fuad Muradov, Asim Mollazadə, Gülçöhrə Məmmədova və Fərəc Quliyev Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün fevralın 9-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, qurumun Siyasi, Enerji və Sosial komitələrinin iclaslarında “2014-2020-ci illərdə Avropa qonşuluq siyasəti vasitəsilə Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı”na üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi”, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində enerji ehtiyatlarının səmərəli istifadəsi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın perspektivləri”, “Şərq tərəfdaşlığı” ölkələrində mədəniyyət və mədəniyyətlərarası dialoq” mövzuları ətrafında müzakirələr aparılacaq.

Səfər fevralın 15-də başa çatacaq.

AzVision.az



Teqlər:  





Xəbər lenti