Bakıdakı uçqunla bağlı rəsmi MƏLUMAT

Bakıdakı uçqunla bağlı rəsmi MƏLUMAT
  08 Fevral 2014    Oxunub:791
Fövqəladə Hallar Nazirliyi Sabunçuda baş vermiş uçqun hadisəsi ilə bağlı məlumat yayıb.

AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin `112`qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda fərdi yaşayış evin dam örtüyü uçması və dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, fərdi yaşayış evinin qonaq otağının tavanı uçub, 1997-ci il təvəllüdlü kişi yataq otağında köməksiz vəziyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə otağın pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək içəri daxil olub, həmin şəxsin xilas olunmasını təmin ediblər.

Əməliyyat saat 11:34-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti