Müdafiə Nazirliyindən `Facebook` Açıqlaması

Müdafiə Nazirliyindən `Facebook` Açıqlaması
  08 Fevral 2014    Oxunub:1189
“Zakir Həsənovun özünə yeni bir səhifə açması şəxsi məsələdir”.
AzVision.az Axar.az-a istinadən bildirir ki, bu açıqlama Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat Katibliyindən verilib.

Mətbuat Xidmətindən Zakir Həsənovun yeni səhifəsinin açılması ilə bağlı məsələni cavablandırmaq ixtiyarında olmadıqları bildirilib: “Müdafiə Nazirliyi 2013-cü ilin oktyabr ayının sonunda Müdafiə naziri ilə heç bir əlaqəsi olmayan Facebook sosial şəbəkəsində “General-Polkovnik Zakir Həsənov” adlı səhifə yaradılması ilə bağlı cari ilin yanvar ayının 17-də kütləvi informasiya vasitələri, ictimaiyyət nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Bundan dərhal sonra həmin səhifə sosial şəbəkələrdən yığışdırıldı və onun istifadəsi dayandırıldı.
Sizin sualınıza gəlincə isə bildirmək istərdim ki, Müdafiə Nazirliyi ictimaiyyətlə əlaqələri rəsmi internet səhifəsi, elektron poçt ünvanı və digər vasitələrlə operativ şəkildə qurur.

Müdafiə nazirinin Facebook səhifəsinin açılması məsələsi isə fərdi olaraq şəxsə aid olduğundan, bu məsələnin tərəfimizdən cavablandırılması qeyri-mümkündür”.


Teqlər:  





Xəbər lenti