Aqiyə Naxçıvanlı: “Artıq sözə ehtiyac yoxdur” - AÇIQLAMA

Aqiyə Naxçıvanlı: “Artıq sözə ehtiyac yoxdur” - AÇIQLAMA
  10 Fevral 2014    Oxunub:5904
Adı saxta diplom qalmaqalında hallanan Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, deputat Aqiyə Naxçıvanlı istintaqa dəvət olunacağı barədə mətbuatda yazılan xəbərlərə münasibət bildirib.

AzVision.az-a açıqlamasında millət vəkili bildirib ki, artıq bu məsələ ilə bağlı Baş Prokurorluq açıqlama yayıb, bu baxımdan nəsə danışmağa ehtiyac yoxdur.

“Baş Prokurorluq ötən gün açıqlama yaydı. Artıq nəsə deməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, saxta diplomlarla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

E.Sultanov əlavə edib ki, sabiq təhsil naziri Misir Mərdanov və millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması və ifadələrinin alınması ilə əlaqədar bəzi KİV-də yayılan məlumatlar isə həqiqəti əks etdirmir.

Xatırladaq ki, Azərbaycan Müəllimlər İnstitutunun filialları və Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar aşkarlanıb. Məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi istintaq başlanıb.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti