Elgiz Əkbərdən deputata CAVAB: “Mən reket deyiləm”

Elgiz Əkbərdən deputata CAVAB: “Mən reket deyiləm”
  10 Fevral 2014    Oxunub:1452
Məşhur jurnalist, ANS-in “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbər deputat Astan Şahverdiyevin ittihamlarına cavab verib.
Aparıcı AzVision.az-a açıqlamasında bildirib ki, A.Şahverdiyevin fikirləri onu dəhşətə gətirib:

“Hesab edirəm ki, bu mənə atılan şərdir. Mən reket jurnalist deyiləm, olmamışam və olmayacam da. Əgər deputatın bu barədə hər hansı bir məlumatı, sübutu varsa, buyursun bunu açıqlasın. Mən cavab verməyə hazıram”.

E.Əkbər bu məsələyə məhkəmədə də cavab verməyə hazır olduğunu bildirib: “Əgər belə bir şey varsa, mən hüquq müstəvisində cavab verməyə hazıram. Yetər ki, onun əlində hər hansı bir sənədi, sübutu olsun ki, belə bir fikir söyləsin. Mən birdən-birə deputatın məni reket jurnalist adlandırmaısna dəhşətə gəlmişəm, çox təəccüblənmişəm”.

Qeyd edək ki, millət vəkili Astan Şahverdiyev telekanallarda ailədaxili münaqişlərə həsr olunan, insanların şəxsi məsələlərini efirə çıxardıb bununla da reklam qazanan verilişlərə münasibət bildirib. O, qeyd edib ki, bu cür verilişləri aparan şəxslər reket jurnalistlərdir.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti