Səhiyyə naziri İmişlidə vətəndaşlarla görüşəcək

Səhiyyə naziri İmişlidə vətəndaşlarla görüşəcək
  10 Fevral 2014    Oxunub:940
Oqtay Şirəliyev İmişli rayonunda vətəndaşları qəbul edəcək.
Səhiyyə Nazirliynin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səhiyyə Naziri Oqtay Şirəliyev 11.02.2014-cü il tarixində saat 13:00-da İmişli Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir İmişli rayon vətəndaşları ilə yanaşı ətraf rayonlardan olan Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli rayon sakinlərini də qəbul edəcək.

Qəbulda vətəndaşları maraqlandıran məsələlər, şikayət, təklif və fikirlər dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar İmişli Mərkəzi rayon xəstəxanasına müraciət edə bilərlər.


Teqlər:





Xəbər lenti