71 nəfər ölüb, 120 nəfər yaralanıb - Nazirlik

71 nəfər ölüb, 120 nəfər yaralanıb - Nazirlik
  10 Fevral 2014    Oxunub:878
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qeydə alınan istehsalatda bədbəxt hadisələrin sayı 2012-ci illə müqayisədə 26,8 % azalaraq 2013-cü ildə 155-ə enib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 13% azalmaqla ötən il 71 nəfər, xəsarət alanların sayı isə 24% azalmaqla 120 nəfər təşkil edib.

İstehsalat qəzalarının tikinti sektoruna aid göstəricilərində də azalma özünü göstərib. Belə ki, ötən il tikinti sektorunda 51 istehsalat qəzası baş verib və bu qəzalar nəticəsində 27 nəfər dünyasını dəyişib, 28 nəfər xəsarət alıb. Bu göstəricilər 2012-ci ildəki ilə müqayisədə müvafiq olaraq 3,7%, 25% və 48 faiz azdır.
Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş istehsalat qəzaları ilə bağlı əmək qanunvericiliyinə müvafiq şəkildə tədbirlər görüb

AzVision.az


Teqlər:  





Xəbər lenti