Köçkünlərin maaşları bir il də artırıldı

Köçkünlərin maaşları bir il də artırıldı
  10 Fevral 2014    Oxunub:884
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2014-cü il fevralın 6-da “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edib.

AzVision.az xəbər verir ki, 2014-cü il yanvarın 1-dən etibarən qüvvəyə minmiş bu Qərara əsasən, Ermənistan Silahlı Qüvvələri tərəfindən ərazilərin işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş, həmin müddətədək büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti 2015-ci il yanvarın 1-dək uzadılıb.

Həmin qərarda aidiyyəti nazirliklərə, dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətinə məcburi köçkünlərin müvafiq boş iş yerlərində işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi barədə konkret tapşırıqlar verilib.

AzVision.az





Teqlər:  





Xəbər lenti