İTV və Space-ə ciddi xəbərdarlıq edildi
Qurumun mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, iclasda “İctimai Televiziya və Radio Yayımları Şirkəti” və “Space Müstəqil Tele-radio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Televiziya və radio yayımı haqqında” Qanunun 35.2, 35.7, 35.8-ci maddələrinin tələblərini pozduğuna görə “İctimai Televiziya və Radio Yayımları Şirkətinə, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin tələblərini pozduğuna görə isə “Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edilib.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


