Şəhid ailələrinə 11 min manat pul verilir - RƏSMİ

Şəhid ailələrinə 11 min manat pul verilir - RƏSMİ
  11 Fevral 2014    Oxunub:1672
Azərbaycanda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan hərbiçilərin ailələrinə 11 min manat məbləğində kompensasiya ödənilir.

Bu barədə Müdafiə Nazirliyindən AzVision.az-ın sorğusuna cavabda bildirilib.

Nazirliyin rəsmi məlumatına görə, bu məsələ “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanunun 4-cü maddəsinə əsasən hər bir hərbi qulluqçu 11 000 manat məbləğində sığorta edilir.

Müdafiə Nazirliyindən həmçinin qeyd edilib ki, şəhid olan əsgər və zabitlər arasında kompensasiyanın məbləği onların daşıdığı rütbəyə görə dəyişmir.

Yəni, dünyasını dəyişən əsgərlə zabit ailəsi dövlət tərəfində eyni məbləğdə kompensasiya alır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti