İlqar Məmmədovun məhkəmə prosesi davam edir

İlqar Məmmədovun məhkəmə prosesi davam edir
  11 Fevral 2014    Oxunub:1515
İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəmə prosesi davam edir. Bu günkü məhkəmədə isə Cəmil Həsənli də iştirak edib.
İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəmə prosesi davam edir

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, 10 günə yaxındır ki, İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəmə prosesi gedir.

Xarici müşahidəçilərin də iştirak etdiyi məhkəmə prosesində video-çarxlara da baxılıb. Səhər yanvarın 11-də davam edəcək məhkəməyə Əli Kərimlinin də gələcəyi bildirilib.

Qeyd edək ki, bu günkü məhkəmədə Cəmil Həsənli də iştirak edib.

Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini və “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu və «Real» hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.


Teqlər:



Xəbər lenti