Azərbaycan İraqda səfirlik açır

Azərbaycan İraqda səfirlik açır
  11 Fevral 2014    Oxunub:1070
Elmar Məmmədyarov: "Bakı Bağdad ilə əməkdaşlıq və bütün bölgəni təhdid edən terrorla mübarizədə məlumat mübadiləsi aparacaq".
Azərbaycan İraqda səfirliyini açmağı planlaşdırır. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu sözləri Bağdadda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov İraqın baş naziri Nuri Əl - Maliki ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan tezliklə Bağdadda səfirliyini açacaq və terrorizmə qarşı mübarizədə İraqa yardım edəcək:

"Bakı Bağdad ilə əməkdaşlıq və bütün bölgəni təhdid edən terrorla mübarizədə məlumat mübadiləsi aparacaq".

"Azərbaycan şirkətləri İraqda iş və xüsusilə enerji sektorunda investisiya yatırmaq istəyir" sözlərini deyən xarici işlər naziri Azərbaycan Milli Məclisin İraqda diplomatik nümayəndəlik açmaq üçün razılıq verdiyini də sözlərinə əlavə edib.


Teqlər:





Xəbər lenti