İtaliyadan Heydər Əliyev Fonduna minnətdarlıq

İtaliyadan Heydər Əliyev Fonduna minnətdarlıq
  11 Fevral 2014    Oxunub:1104
Ciammarko Palmieri Roma katakombalarının bərpasına göstərdiyi köməyə görə Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna minnətdarlıq edib.
`Roma katakombalarının bərpasına göstərdiyi köməyə görə Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna minnətdarlıq edirəm`.

AzVision.az Heydər Əliyev Fondunun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Roma şəhər bələdiyyəsinin V bölgəsinin başçısı Ciammarko Palmieri İtaliyanın “Roma notizie” xəbər portalında yerləşdirilən müsahibəsində deyib.

Müqəddəs Roma katakombalarının apreldən etibarən zəvvarların və turistlərin üzünə açıq elan olunacağını diqqətə çatdıran Ciammarko Palmieri bu hadisənin şəhər üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

“Katakombaların bərpası heç şübhəsiz Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutub” – deyən Palmierinin sözlərinə görə, bu təşəbbüs bərpa prosesinin həyata keçirilməsi zamanı yaranmış bütün maneələri aradan qaldırıb, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının müvafiq istiqamətdə işinə mühüm töhfə verib.


Teqlər:  





Xəbər lenti